Bahçeli bələdiyyə rəhbərini təhdid etdi

saytların hazırlanması

Evə çatdırılma

Bahçeli bələdiyyə rəhbərini təhdid etdi

Dünya

01 Dekabr 2021 10:21 637


Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli Ankara Böyükşəhər Bələdiyyə başçısı Mansur Yavaşı təhdid edib.

Yenisabah.az xəbər verir ki, MHP lideri Bahçeli bildirib:

"Bundan sonra Mansur Yavaş hərəkətlərinə diqqət yetirsin. Artıq boynunun dibində ülkücü nəfəsini hiss edəcək. Hər gün də onu diqqətlə izləyəcəm". pizza hut

Qeyd edək ki, milliyyətçi-ülkücü ideologiyalı MHP-nin keçmiş üzvü Mansur Yavaş daha sonralar partiyanın öz qurucu ideoloji xəttindən uzaqlaşdığını və 2014-cü il bələdiyyə seçkilərində namizəd göstərilməməsini əsas gətirərək istefa vermişdi.

2019-cu ildə isə o, CHP və İYİ Partiyanın ortaq namizədi kimi Ankara bələdiyyə seçkilərinin qalibi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!