Bahçelinin keçmiş müavini Kılıçdaroğlunu dəstəklədi 

saytların hazırlanması

Evə çatdırılma

Bahçelinin keçmiş müavini Kılıçdaroğlunu dəstəklədi 

Siyasət

24 May 2023 17:02 672


Türkiyə prezidentliyinə namizəd, CHP sədri Kemal Kılıçdaroğlunu dəstəkləyənlərin sırasına daha bir tanınmış sima qoşulub. MHP-nin qurucularından olan Gün Sazakın oğlu Süleyman Servet Sazak mayın 28-də keçiriləcək seçkidə K.Kılıçdaroğluna səs verəcəyini bildirib. 

Yenisabah.az xəbər verir ki, bir müddət MHP sədri Devlet Bahçelini müavini olmuş S.S.Sazak qərarını bu gün açıqlayıb. 

Məşhur ülkücü yaydığı açıqlamada Türkiyədə baş verən qanunsuzluqların artmasından narahatlığını dilə gətirib. Mərhum Alparslan Türkeşin ən yaxın silahdaşlarından olan G.Sazakın oğlu ülkücü əqidədaşlarını CHP sədrinə səs verməyə çağırıb.  Dominos pizza

Rafi Müslümov 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!