Bakcell jurnalistləri mobil telekommunikasiya sahəsinin son trend və yenilikləri ilə tanış edib 

saytların hazırlanması

Evə çatdırılma

Bakcell jurnalistləri mobil telekommunikasiya sahəsinin son trend və yenilikləri ilə tanış edib 

Rəqəmsal

13 Oktyabr 2021 12:03 2745


Bakcell şirkəti jurnalistlər üçün növbəti dəfə iki günlük seminar təşkil edib. Hər il təşkil olunan bu ənənəvi seminarın əsas məqsədi jurnalistləri mobil telekommunikasiya sahəsinin əsasları, müasir texnologiyalar, innovasiyalar və son tendensiyalar barədə maarifləndirməkdir. Seminar mobil telekommunikasiya üzrə məlumatlılığın və bu sahədən yazan jurnalistlərin peşəkarlığının artırılmasına xidmət edir.

“Mobil Telekommunikasiya – Son Trendlər və Yeniliklər” mövzusunda keçirilmiş seminara ölkənin bir çox aparıcı media qurumlarını təmsil edən 30-a yaxın jurnalist qatılıb.  Seminarda təlimçi qismində Bakcell və digər telekommunikasiya şirkətlərini təmsil edən Azərbaycanın aparıcı telekommunikasiya ekspertləri çıxış edib.  Tədbir zamanı “Post COVID dövründə İT, Telekomda və istehlakçı davranışında trendlər”, “Mobil şəbəkənin inkişafı və dövlət əhəmiyyətli tədbirlərdə şəbəkə dayanıqlığını təmin etmək üçün görülən işlər”, “Pandemiyanın müştəri xidməti sektoruna təsiri və rəqəmsallaşma tendensiyaları”, “Data mərkəzlərinin telekommunikasiyada rolu”, “VoLTE texnologiyasının inkişafı” və “Smart şəhərlər və onların qurulmasında telekommunikasiya sənayesinin rolu” mövzuları üzrə interaktiv sessiyalar keçirilib. 

Faydalı məruzə və təqdimatlarla yadda qalmış seminar zamanı təlimçilər jurnalistlərin telekommunikasiya sənayesi və yeni texnologiyalara aid suallarını cavablandırıb, onlarla fikir mübadilələri və müzakirələr aparıblar. pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!