Bakcell Qarabağda 101-ci baza stansiyasını istifadəyə verdi! 

saytların hazırlanması

Evə çatdırılma

Bakcell Qarabağda 101-ci baza stansiyasını istifadəyə verdi! 

Rəqəmsal

08 Noyabr 2022 18:14 3237


Bakcell şirkəti Qarabağda özünün 101-ci baza stansiyasını uğurla istifadəyə verib. 

Bununla da şirkət ilin əvvəlində qarşıya qoyulan plana uyğun olaraq 2022-ci ildə işğaldan azad olunmuş ərazilərdə şəbəkəsinin genişləndirilməsinə 23 milyon manat həcmində investisiya yatırıb.  

Burada quraşdırılmış 4G baza stansiyaları sayəsində abunəçilər ən müasir səs texnologiyası olan VoLTE üzərindən daha sürətli, aydın və kəsintisiz zəng edə bilirlər.  Dominos pizza

2022-ci ildə Bakcell şəbəkəsi növbəti dəfə Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" kimi tanınıb. 

Şirkət işğaldan azad edilmiş ərazilərimizin bərpası və zəruri infrastrukturun yaradılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdə fəal iştirakını davam etdirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!