Bakcell xidmətlərində yaranmış fasilə ilə bağlı əlavə məlumat verib

saytların hazırlanması

Evə çatdırılma

Bakcell xidmətlərində yaranmış fasilə ilə bağlı əlavə məlumat verib

Rəqəmsal

23 Sentyabr 2022 17:34 3117


Məlum olduğu kimi, sentyabrın 21-də axşam saatlarında yaranmış texniki nasazlıq nəticəsində Bakcell xidmətlərindən istifadə etmək mümkün olmayıb. 

Bakcell şirkəti bildirir ki, hazırda şəbəkənin təkmilləşdirilməsi və ən son texnoloji həllərin tətbiqi istiqamətində beynəlxalq tərəfdaşlarla birlikdə böyük layihələr həyata keçirilir. 

21 sentyabr tarixində axşam saatlarında şirkətin xidmətində yaranmış fasilə Nokia ilə birlikdə aparılan genişmiqyaslı modernizasiya işləri ilə bağlı olub.   pizza hut

Problemin həlli istiqamətində “Nokia”nın beynəlxalq dəstək komandası və “Bakcell”in texniki heyəti birlikdə çalışıb və texniki nasazlıq tam aradan qaldırılıb. 

Xidmətlərimizin göstərilməsində yaranan fasiləyə görə abunəçilərimizdən üzr istəyirik.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!