“Bakcell”in yeni konsept mağazası Bərdədə 

saytların hazırlanması

Evə çatdırılma

“Bakcell”in yeni konsept mağazası Bərdədə 

Rəqəmsal

11 Mart 2022 17:09 647


Bərdə şəhərində “Bakcell”in yeni konsept mağazası açılıb. Müştərilərin rahatlığını təmin etmək məqsədilə yeni mağaza tam olaraq müştəri yönümlü yanaşma üzərində qurulub. 

Bərdə şəhəri, Ü.Hacıbəyli küçəsində (Hərbi Polis idarəsi ilə üzbəüz) yerləşən mağaza özündə müştəri xidməti və satış funksiyasını birləşdirir. Burada Bərdə sakinlərinə şirkətin məhsul və xidmətlərinin tam çeşidi ilə yanaşı, mobil nömrələr və aksessuarlar təklif edilir. 

Qeyd edək ki, bu, “Bakcell”in Azərbaycanın regionlarında açılmış ikinci konsept mağazasıdır. Şirkət bu ilin sonunadək bir neçə yeni mağazanın açılışını planlaşdırıb. Dördpendirli pizza

2021-ci ildə Bakcell şəbəkəsi növbəti dəfə Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülüb. Bu gün Bakcell şəbəkəsi 9 minə yaxın baza stansiya sayəsində Azərbaycan əhalisinin 99.9%-ni, ölkə ərazisinin isə 92.6%-ni əhatə edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!