Bakı çimərlikləri açılacaq?

saytların hazırlanması

Evə çatdırılma

Bakı çimərlikləri açılacaq?

Sosial

10 İyul 2020 18:43 3351


"Epidemioloji vəziyyətdən asılı olaraq sərt karantin rejimi tətbiq edilən rayon və şəhərlərin adları siyahıdan çıxarıla və ya qala bilər".

Yenisabah.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

TƏBİB rəsmisi bildirib ki, siyahıya daxil edilməyən ərazilərdə vəziyyət nəzarət altındadır: “Çimərliklərdən istifadə məsələsinə gəlincə, bu gün Bakı ətrafında olan çimərliklərin əhalinin istifadəsinə veriləcəyi halda, ora insan axınının necə çox olacağını təxmin etmək elə də çətin deyil. Çimərliklərin ərazisində sosial məsafənin saxlanılması qaydalarına hansı formada əməl ediləcəyi sual altındadır. Ona görə də bu gün əsas istəyimiz insanların sıx toplaşmasının qarşısını almaqdır”. /Report pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!