Bakı Dövlət Sirkindəki qorxulu anların səbəbi bilindi

saytların hazırlanması

Evə çatdırılma

Bakı Dövlət Sirkindəki qorxulu anların səbəbi bilindi

Hadisə

04 Mart 2023 23:33 1087


Bu gün Bakı Dövlət Sirkində qorxulu anlar yaşanıb. Belə ki, proqram zamanı şir və pələnglər aqressivlik nümayiş etdiriblər.

Bununla bağlı Bakı Dövlət Sirkinin mətbuat katibi Gülşanə Mustafayeva “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hadisə tamaşaçının təhlükəsizlik qaydalarını pozmasına görə olub.

Onun sözlərinə görə, tamaşa zalında bir neçə tamaşaçı lazeri heyvanın üzərinə salıb: Marqarita pizza

"Təlim görən heyvanlar olduğu üçün hansısa artıq hərəkət, reaksiya onları narahat edir. Belə hal da həmin pələnglərin aqressivləşməsinə səbəb olub. Tamaşaçı təhlükəsizlik tədbirlərini pozub. Hətta təlimçi də qeyd edir ki, 20 ildir ki, onun göstərdiyi proqramlarda belə hadisə yaşanmayıb. Tamaşaçı lazeri dəfələrlə heyvanların üzərinə salıb. Buna görə sizin vasitənizlə demək istəyirik ki, tamaşaçılar salonda qeyd olunan təhlükəsizlik tədbirlərinə əməl etsinlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!