Bakı-İstanbul reysi ilə uçuş edən təyyarə hava şəraitinə görə İzmirdə endi

saytların hazırlanması

Evə çatdırılma

Bakı-İstanbul reysi ilə uçuş edən təyyarə hava şəraitinə görə İzmirdə endi

Hadisə

19 Mart 2022 22:46 482


Bakıdan İstanbula yola düşən “Buta Airways” aviaşirkətinin təyyarələri (J2-9103 və J2-9105 reysləri) əlverişsiz hava şəraiti ilə əlaqədar Sabiha Gökçen hava limanına eniş edə bilməyib.

Yenisabah.az xəbər verir ki, hava gəmisi kapitanları İzmir hava limanına enməyə qərar veriblər.

Xatırladaq ki, əlverişsiz hava şəraiti ilə əlaqədar sözügedən reyslər Bakıdan gecikmə ilə yola düşüb. Marqarita pizza

Lakin hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq təyinat aeroportu uçuş-enmə zolağının qardan təmizlənməsi səbəbindən hazırda təyyarələrin qəbulunu məhdudlaşdırıb. İstanbul hava limanının fəaliyyəti bərpa olunduqdan dərhal sonra təyyarələr İzmirdən yola düşəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!