“Bakı Kart” Mərkəzi Bankın tələblərini pozub- Xəbərdarlıq olundu 

saytların hazırlanması

Evə çatdırılma

“Bakı Kart” Mərkəzi Bankın tələblərini pozub- Xəbərdarlıq olundu 

İqtisadiyyat

28 Aprel 2025 15:24 305


“K Group” MMC-nin (Bakı Kart) Azərbaycan Mərkəzi Bankının tələblərini pozub. 

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, Azərbaycan  Mərkəzi Bankı cari nəzarət tədbirləri çərçivəsində “Bakı Kart”ın fəaliyyəti üzrə yoxlama aparıb. Yoxlamalar zamanı şirkətdə təsərrüfat subyektləri ilə hesablaşmaların aparılması, qəbul edilən pul vəsaitinin təhlükəsizliyinin təmin olunması, Mərkəzi Banka təqdim edilən hesabatların düzgünlüyü və informasiya təhlükəsizliyi sahəsində öhdəliklərə riayət edilməsi məsələləri təhlil olunub.  

Araşdırma nəticəsində “K Group” MMC tərəfindən ödəniş sahəsində qüvvədə olan qanunvericilik və normativ aktların tələblərinin pozulması faktı aşkar edilib. Bu səbəbdən, “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddələrinə əsasən, şirkətə qarşı təshih tədbirləri tətbiq olunub. pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!