Bakı-Laçın reysi üzrə ilk avtobus yola düşdü

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Laçın reysi üzrə ilk avtobus yola düşdü

Sosial

25 Fevral 2026 09:47 289


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yeni Bakı-Laçın müntəzəm avtobus reysini təşkil edib.

"Yeni Sabah" xəbər verir ki, bu gündən fəaliyyətə başlayan həmin reys üzrə avtobuslar Laçın-Həkəri-Zəngilan yolu ilə hərəkət edir.

Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Laçına hər gün saat 08:00-da, əks istiqamətdə isə 16:00-da yola düşəcək. Bakı-Laçın reysi üzrə gedişhaqqı 16,10 AZN müəyyən edilib. Sezar pizza

Marşrut üzrə aralıq məntəqəsi Zəngilan rayonunun Ağalı kəndi təyin olunub. Aralıq məntəqə üzrə gedişhaqqı 13,80 AZN müəyyən edilib.

Biletləri yalnız onlayn qaydada “biletim.az” portalı üzərindən əldə etmək mümkündür. Xatırladaq ki, Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!