Bu il "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti 6 yeni qatar tərkibi - 30 vaqon alacaq.
Bu barədə "Yeni Sabah"a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, artıq bununla bağlı Rusiyanın "Metrovaqonmaş" zavodu ilə müqavilə imzalanıb: "Qatarlar iyun ayından başlayaraq Azərbaycana gətiriləcək və "Bakı Metropoliteni"nin istifadəsinə veriləcək. Marqarita pizza
Yeni qatarlar müasir standartlara cavab verən vaqonlardan ibarətdir. Vaqonlar müasir tipli kondisionerlərlə təchiz edilib. 6 vaqon bu ilin sonuna qədər Bakıya gətiriləcək".
Telegram kanalımız