Bakı metrosu işçi axtarır

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosu işçi axtarır

Sosial

16 Aprel 2019 16:57 885


“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti Sağlamlıq mərkəzinə həkim və tibb bacısı vəzifələri üzrə işə qəbul elan edir.

"Yeni Sabah"ın məlumatına görə, tələblər bunlardır:

Təhsil/ təcrübə pizza sifarişi

- Ali təhsil (həkim-terapevt); 

- Orta-ixtisas təhsili (tibb bacısı);

- İdarəedicilik qabiliyyəti, məsuliyyətli yanaşma, komandada işləmə bacarığı;

- Azərbaycan dilini mükəmməl bilmə;

- Kompyuter bilikləri;

Vəzifə öhdəlikləri: 

- Metropoliten əməkdaşlarına ilk tibbi yardım göstərməli və maşinistləri reysqabağı tibbi müayinədən keçirməli;

İş rejimi: 09:00-17:00

İddiaçılar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!