Bakı metrosunda daha bir insident: Ölən şəxsin kimliyi bilindi

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosunda daha bir insident: Ölən şəxsin kimliyi bilindi

Hadisə

21 Aprel 2026 22:20 994


Bakı metropoliteninin "28 May" stansiyasında qatar yoluna düşərək həyatını itirən şəxsin kimliyi müəyyənləşib.

"Yeni Sabah" xəbər verir ki, Daxili İşlər Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qatar yoluna düşən şəxs Elnur İlqar oğlu Ağayevdir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə bildirilib ki, aprelin 21-də saat 20:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası 2004-cü il təvəllüdlü şəxsin həkiməqədər ölüm faktını qeydə alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!