Bakı metrosunda sıxlıq yarandı –   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosunda sıxlıq yarandı – FOTOLAR

Sosial

22 Aprel 2026 08:51 621


Səhər saatlarında Bakı metrosunda ciddi sərnişin sıxlığı müşahidə olunur.

“Yeni Sabah” xəbər verir ki, qatarlar uzun intervaldan sonra gəlir. 

Bu isə stansiyalarda xeyli sərnişinin yığılmasına səbəb olub. Qatarlar dolu gəlir, ona görə də düşüb-minmək olmur.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, aprelin 22-də qatarlar şənbə günü qrafiki ilə hərəkət edəcək.

İntervallar:

“Əhmədli-28 May”- 2 dəqiqə 30 saniyə

“28 May-Dərnəgül” - 5 dəqiqə

“28 May-İçərişəhər” - 5 dəqiqə

Qeyd edək ki, aprelin 10-u saat 12:10 radələrində “Ulduz–Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Təhlükəsizlik məqsədilə bir sıra stansiyalarda sərnişinlərin təxliyəsi həyata keçirilib və metronun fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb. Nasazlığın aradan qaldırılmasından sonra metronun fəaliyyəti saat 15:01-dən etibarən bərpa olunub.

Aydan Hacı


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!