Bu dəqiqələrdə Bakı metrosunda yenidən problem yaranıb.
"Yeni Sabah" xəbər verir ki, metronun "Dərnəgül" xəttində qatar gecikib. İntervalda 5-6 dəqiqə yubanma olub.
Qatarın hansı səbəbdən gecikdiyi isə hələlik açıqlanmayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında da qatarda gecikmə müşahidə olunub. Texniki problem olması ehtimalı ilə maşinist qatara baxış keçirmək üçün "Memar Əcəmi" stansiyasında sərnişinləri düşürüb. Həmin vaxt "Nəriman Nərimanov" stansiyasına qədər 1 qatar xətdə olmadığı üçün 2 qatar arasında interval 2 dəfə artıq olub. Telegram kanalımız