Bakı-Naxçıvan reyslərinə bilet almaq istəyənlər növbəyə yazılmalıdır

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Naxçıvan reyslərinə bilet almaq istəyənlər növbəyə yazılmalıdır

Sosial

06 Avqust 2020 14:57 2599


Bu gündən etibarən AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə reyslərinə aviabilet satışı yeni üsulla həyata keçiriləcək.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Yenisabah.az-a daxil olan məlumata görə, bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alaraq, qeyd edilən marşrut üzrə aviabilet satışı növbəlilik prinsipi əsasında həyata keçiriləcək.

Növbəyə aşağıdakı iki usulla yazılmaq mümkündür: pizza hut

- azal.az saytında https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000853919

 linki vasitəsilə onlayn formanı doldurmaqla;

- (+99470) 4374081 nömrəsinə WhatsApp vasitəsilə yazılı müraciət edərək.

Müraciət zamanı sərnişinlər mütləq qaydada şəxsiyyət vəsiqəsinin skan edilmiş surətini, həmçinin əlaqə nömrəsini göndərməlidirlər.

Naxçıvan istiqamətində reyslərə tələbatın çox yüksək olduğunu nəzərə alaraq, aviaşirkət nəzərinizə çatdırır ki, yaxın tarixlərdə qeyd edilən istiqamətdə uçuşlarda boş yerlər qalmayıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!