Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Dağ Kəsəmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində Ələkbərov Elman müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin ehtimala görə, qəzaya səbəb sürücülərdən birinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub. Marqarita pizza
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız