Bakı-Qazax yolunda ağır qəza - Ölən və yaralanan var - YENİLƏNİB

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Qazax yolunda ağır qəza - Ölən və yaralanan var - YENİLƏNİB

Hadisə

07 Fevral 2020 09:35 1220


Kürdəmir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxlslərin adları məlum olub.

“Yeni Sabah” "Report"a istinadən xəbər verir ki, hadisə zamanı sürücü Sumqayıt şəhər sakini, Aslan Qəhrəmanov aldığı xəsarətlərdən yerindəcə keçinib.

Qəza zamanı avtomobildə olan sərnişin, Gəncə şəhər sakini, 1982 ci il təvəllüdlü Xəyalə Ziyad qızı Rəhimova deformasiyaya uğrayan avtomobildə sıxılaraq ağır bədən xəsarətləri alıb. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən qadın sərnişinin vəziyyətinin ağır olduğu bildirilir. pizza mizza

***

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

“Yeni Sabah” "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hələlik adı məlum olmayan sürücü "KİA" markalı avtomaşınla Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomaşın yoldan çıxaraq yolun kənarındakı beton lovhəyə çırpılıb. Zərbənin təsirindən sürücü hadisə yerində keçinib. Avtomobildə sıxılıb qalmış ağır xəsarət alan sərnişin isə xilasedicilərin köməyilə avtomobildən çıxarılıb. Müxtəlif növ  bədən xəsarəti alan sərnişin isə "təcili yardım" avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!