Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, 14 BF 094 dövlət nömrə nişanlı "Xəzər" markalı minik avtomobili Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində idarəetmədən çıxaraq dəmir sədlərə çırpılıb.
Hadisə nəticəsində biri kişi, digəri qadın olmaqla iki nəfər ölüb. Bir nəfər isə xəstəxanaya yerləşdirilib. Pepperoni pizza
Qəzada ölənlərin kimliyi müəyyən edilir.



Telegram kanalımız