Ucarda yük maşınının yanması yolun bağlanmasına səbəb olub.
"Yeni Sabah" xəbər verir ki, bu gün axşam saatlarında Bərdə rayon sakini, 1993-ci il təvəllüdlü Pərvin Famil oğlu Şərifovun idarə etdiyi "Mercedes" markalı qoşqulu yük maşını Bakı-Qazax yolunun Ucar rayonuna düşən ərazisində hərəkətdə olarkən qəfildən alışaraq yanıb.
Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin 4 texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb. Toyuqlu pizza
Məlumata görə, yanan "Mercedes" markalı yük maşını Türkiyədən gəlirmiş və içərisində geyim əşyaları olub. Hadisə zamanı Bakı-Qazax yolu Bakı istiqamətində 40 dəqiqədən artıq bağlı qalıb.
Fakt araşdırılır. /APA
Telegram kanalımız