Bakı-Şamaxı magistral avtomobil yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, qəza zamanı 1992-ci il təvəllüdlü Qədirov Elnur Elşən oğlu, 1996-cı il təvəllüdlü Rəcəbli Şəhla Malik qızı və 1955-ci il təvəllüdlü Rəhimov Aydın Əli oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Toyuqlu pizza
E. Qədirova qabırğanın küt travması, Ş. Rəcəbliyə bədənin küt travması və A. Rəhimova isə qapalı kəllə-beyin və döş qəfəsinin qapalı travması diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır. /Report
Telegram kanalımız