Bakı-Şamaxı yolunda qəza: Xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Şamaxı yolunda qəza: Xəsarət alanlar var

Hadisə

09 Aprel 2020 22:56 772


Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunun Müşfiq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.  

Belə ki, hadisə zamanı 1985-ci il təvəllüdlü Musayev Ceyhun Xanlar oğlu və 1992-ci il təvəllüdlü Hüseynzadə Mehman Eyvaz oğlu xəsarət alıblar. pizza hut

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hər iki şəxsə kəllə-beyin travması diaqnozu qoyulub və reanimasiyaya yerləşdiriliblər. Musayev Ceyhunun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!