Bakı-Sumqayıt avtobusunda dava: Təhlükəli anlar yaşandı -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Sumqayıt avtobusunda dava: Təhlükəli anlar yaşandı - VİDEO

Hadisə

13 Oktyabr 2025 23:45 660


Bakı-Sumqayıt yolunda hərəkətdə olan avtobusda təhlükəli anlar yaşanıb.

Bakupost.az -ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.

Paylaşımı edən şəxs bildirib ki, sərnişinlərdən biri sürücüdən dayanacaq olmayan yerdə avtobusu saxlamasını tələb edib. Sürücü tələbi qəbul etmədikdə həmin sərnişin sürücüyə hücum edib. Buna baxmayaraq, sürücü avtobusu saxlamayıb. Nəticədə avtobusda təhlükəli vəziyyət yaranıb. pizza sifarişi

“İşin sonunda ölüm də baş verə bilərdi, amma sürücü israrla avtobusu saxlamadı. Avtobusdan düşəndə dizlərim əsirdi”, - deyə sərnişinlərdən biri bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!