Bakı-Sumqayıt elektrik qatarlarında qiymətlər artırılır

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Sumqayıt elektrik qatarlarında qiymətlər artırılır

Sosial

23 Sentyabr 2024 17:16 281


Sentyabrın 25-dən Bakı Dairəvi Dəmir yolu xəttində qiymətlər artırılacaq.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

"Həmin tarixdən Abşeron dairəvi marşrutu üzrə sərnişindaşımada yeni qiymət siyasəti tətbiq ediləcək. Sərnişinlər minimum 40 qəpik ödəməklə mənzilbaşına çatacaq ki, bu da ölkədə ictimai nəqliyyat növləri arasında ən aşağı tarifdir. Ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gediş haqları məsafədən asılı olaraq 10-20 qəpik artırılacaq", - deyə o qeyd edib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!