Bakı-Sumqayıt yoluna avtobus zolağı çəkilir - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Sumqayıt yoluna avtobus zolağı çəkilir - Video

Sosial

07 Oktyabr 2023 19:33 1117


Bakı-Sumqayıt yolunda avtobus zolağının çəkilməsinə başlanılıb.

Yenisabah.az xəbər verir ki, zolaq yolun “Şamaxinka” adlanan hissəsindən Masazır dairəsinədək olan hissəsini əhatə edəcək.

Artıq yolun böyük hissəsində xüsusi zolağın çəkilişi başa çatdırılıb. Dördpendirli pizza

İşlər tam başa çatdıqdan sonra avtobus zolağına daxil olan minik avtomobilləri inzibati qaydada cərimələnəcək.

Qeyd edək ki, Bakı-Sumqayıt yoluna avtobus zolağının çəkilməsi xeyli vaxt idi müzakirə edilirdi. Bu yolda yüzlərlə iritutumlu avtobusun tıxacda qalması etirazlara səbəb olurdu.

/Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!