Bakı və Əbu-Dabi qardaşlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Bakı və Əbu-Dabi qardaşlaşdı

Siyasət

11 Fevral 2026 13:01 395


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabinin Bələdiyyələr və Nəqliyyat Departamentinin sədri Məhəmməd Əli Əl- Şorafanın rəhbərliyi ilə BƏƏ nümayəndə heyəti Bakıda səfərdədir.

Bu barədə “Yeni Sabah”a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Fevralın 11-də nümayəndə heyəti Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb. Görüşdə E.Əzizov qeyd edib ki, bu gün  ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olması hər iki dövlətin rəhbərlərinin fəaliyyətinin nəticəsidir. Fevral ayının 4-də Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri zamanı ona  “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunmasını ölkə başçısının uğurlu siyasətinə verilən yüksək qiymət olduğunu bildirib. Butün bunlar öz növbəsində paytaxt Bakı və Əbu-Dabi şəhərləri arasında uğurlu əməkdaşlıq qurmağa zəmin yaradır.  pizza hut

 Bakı haqqında məlumat verən Eldar Əzizov bildirdi ki, cənab İlham Əliyevin siyasəti nəticəsində bu gün Bakı şəhəri  keyfiyyətcə yeni səviyyəyə yüksəlib və bu prosses uğurla davam edir. 

Azərbaycan və BƏƏ arasında uzun illərdən bəri davam edən dostluq münasibətlərinə toxunan Məhəmməd Əli Əl-Şorafa qeyd edib ki, ölkəsində Azərbaycanla əlaqələrə xüsusi önəm verilir. “Bu mənim şəhərinizə ilk səfərimdir və gördüklərimi nəzərə alaraq sonuncu olmadığına əminəm”. Bakı şəhərinin sürətli inkişafını, şəhər idarəçiliyinin effektivliyini xüsusilə qeyd edən qonaq iki paytaxt şəhərin biri-birindən çox şeyi öyrənəcəklərinə ümidvar olduğunu bildirib.

Sonra Bakı şəhəri və Əbu-Dabi şəhəri arasında qardaşlaşma münasibətlərinin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Eldar Əzizov qonağa şanlı zəfərimizə həsr olunan və artıq 11 dildə çap edilən “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ərəb dilində nəşrini təqdim edib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!