Bakı-Xırdalan-Sumqayıt qatarından istifadə üçün sərnişinlərdən artıq pul tutulur

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Xırdalan-Sumqayıt qatarından istifadə üçün sərnişinlərdən artıq pul tutulur

Sosial

20 May 2024 21:01 981


Bakı-Xırdalan-Sumqayıt sürətli qatarının Xırdalan stansiyasında turniket işləmədiyi üçün sərnişinlər kartlarını oxuda bilməyiblər.

Sıxlıq yaranmasın deyə stansiyanın əməkdaşı bildirib ki, kartları Bakıda qatardan düşəndə qeydiyyatdan keçirsinlər. Bu zaman isə sərnişinlərdən 60 qəpik əvəzinə bir manat gediş haqqı çıxılıb.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəsmisi Sənubər Nəzərova məsələyə belə aydınlıq gətirib: Dominos pizza

"Bu gün səhər saatlarında Xırdalan stansiyasında internetin verilməsində yaranmış qısa fasiləyə görə turniketlərin iş fəaliyyətində texniki problem yaşanıb. Giriş və çıxış nöqtələrində kartların oxunmasında fasilələr baş verib. Yaranmış problemə görə sistem giriş kartının oxunmasını təyin edə bilmədiyindən gediş haqqı çıxış zamanı ən uzaq məsafəyə olan tarif üzrə hesablanmalı olub".

Sərnişinlərin balansından tutulan 40 qəpik ödənişə gəlincə, Sənubər Nəzərova bildirib ki, gün ərzində əlavə hesablanmış gedişhaqları vətəndaşların hesablarına qaytarılacaq.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!