Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti 3 ay müddətinə dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti 3 ay müddətinə dayandırıldı

Sosial

10 Avqust 2020 00:20 1077


Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsünün sökülərək yenidən tikintisi səbəbindən Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkəti bu gündən dayandırılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, qatarlar avqustun 10-dan noyabrın 10-dək hərəkətdə olmayacaq. Buna görə də qeyd olunan müddət ərzində Biləcəri və Xırdalan istiqamətində elektrik qatarları hərəkət etməyəcək.

Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsü isə genişləndirmə işlərinə maneçilik törədir. Bu səbəbdən köhnə körpü söküləcək və onun yerində yeni biraşırımlı tağlı dəmir yolu körpüsü inşa olunacaq. Pepperoni pizza

Körpünün tikintisi müddətində Sumqayıta gedən və ya ordan Bakıya gələn sərnişinlər Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən elektrik qatarlarından istifadə edə biləcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!