Bakıda 17 yaşlı oğlan adam öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 17 yaşlı oğlan adam öldürdü

Kriminal

19 Dekabr 2022 10:05 937


Dekabrın 18-i saat 23 radələrində paytaxtın Xətai rayonu ərazisində 2004-cü il təvəllüdlü Nemət Həsənovun öldürülməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Bu barədə Yenisabah.az-a Xətai rayon prokurorluğundan məlumat verilib.

İlkin istintaqla 2005-ci il təvəllüdlü Fərid Əhmədlinin rayonun NZS qəsəbəsi ərazisində aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı həmyaşıdı Orxan Hüseynova bıçaqla xəsarət yetirməsinə, onu dayandırmağa çalışan Xalid Nəbiyev və Nemət Həsənova xəsarətlər yetirməsinə əsaslı şübhəli müəyyən edilib. Dördpendirli pizza

Göstərilən tibbi müdaxilələrə baxmayaraq, Nemət Həsənov yerləşdirildiyi xəstəxanada ölüb.

Fərid Əhmədli şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!