Bakıda 19 yaşlı tələbə itkin düşdü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 19 yaşlı tələbə itkin düşdü

Hadisə

04 Fevral 2026 00:46 732


Bakıda 19 yaşlı Vasif Elnur oğlu Abidinov itkin düşüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Oxu.Az-a onun yaxınları məlumat veriblər.

Bildirilib ki, 2-ci kurs tələbəsi olan V.Abidinov sonuncu dəfə Xətai rayonunda yerləşən "Günəşli" parkında görülüb. Toyuqlu pizza

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 19 yaşlı şəxs axtarışa elan edilib. Onun tapılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür. Nəticəsi barədə məlumat veriləcək.

Qeyd edək ki, Vasif Abidinov Gəncə Dövlət Aqrar Universitetinin tələbəsidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!