Bakıda 2 ayrı qəzada 2 nəfər ağır yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 2 ayrı qəzada 2 nəfər ağır yaralandı

Hadisə

18 Fevral 2020 14:00 655


Paytaxtın iki fərqli ərazisində yol-nəqliyyat hadisələri zamanı 2 nəfər xəsarət alıb. "Yeni Sabah" xəbər verir ki, hadisələrdən birincisi Sabunçu rayonunda baş verib. Sabunçu dairəsində 1968-ci il təvəllüdlü Hacıyev Anar Arif oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Analoji hadisə Suraxanı rayonunda qeydə alınıb.Hövsan qəsəbəsində minik avtomobili yolu keçən 1988-ci il təvəllüdlü Pakov Vladimir Vladimiroviçi vurub. Hər iki yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. V.Pakova hər iki ayaq sümüklərinin sınığı diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı Suraxanı və Sabunçu Rayon Polis İdarələrində araşdırma aparılır. Kamil
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!