Bakıda 23 minlik telefon oğurluğu edən şəxs tutuldu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 23 minlik telefon oğurluğu edən şəxs tutuldu - Foto

Kriminal

07 Avqust 2019 13:47 1061


Nəsimi rayonunda yerləşən telefon mağazalarından birindən oğurluq edilib.

"Yeni Sabah"a daxil olan məlumata görə, zərərçəkən mağaza sahibi polisə müraciət edərək obyektin pəncərəsinin naməlum şəxs tərəfindən sındırıldığını və oradan 2146 manat pul və dəyəri 22887 manat olan 73 ədəd müxtəlif modelli mobil telefonun oğurlandığını bildirib.

Məlumat daxil olan kimi Nəsimi Rayon Polis İdarəsi və 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.İdarə və Şöbə əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakini İbrahim Delili saxlanılıb. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib.Onun oğurladığı telefonlar yaşadığı evdə aşkar olunaraq maddi sübut kimi götürülüb. pizza mizza

Faktla bağlı 22 ci polis şöbəsində toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinə göndərilib. İ.Delili barəsində cinayət işi başlanılıb,istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!