Bakıda 29 yaşlı oğlan ürəyindən bıçaqlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 29 yaşlı oğlan ürəyindən bıçaqlandı

Kriminal

25 İyul 2024 22:06 1616


Bakının Xəzər rayonunda dava zamanı 29 yaşlı oğlan ürəyindən bıçaqlanıb.

Yenisabah.az xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb.

1995-ci il təvəllüdlü Babayev Fərrux Ayaz oğlu tanımadığı şəxslə dava zamanı ürəyindən bıçaqlanıb. pizza hut

Yaralı təcili 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına çatdırılıb.

Onun vəziyyəti ağır olduğu üçün F. Babayev Sabunçu Tibb Mərkəzinə göndərilib. Tibb Mərkəzinin həkimləri onu təxminən 2 saat müddətində əməliyyat edib.

Bundan sonra F. Babayev reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!