Hazırda müşahidə olunan güclü külək paytaxtda 30 ağac və ağac budağını aşırıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Bakı Meriyasının Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə hadisə paytaxtın müxtəlif rayonlarında qeydə alınıb. Pepperoni pizza
İki ağac avtomobilin üzərinə düşüb. İndiyə olan məlumata görə, xəsarət alan olmayıb.
Aşan ağaclar ərazidən götürülür. İdarə gücləndirilmiş iş rejimində çalışır. Güclü külək nəticəsində əyilərək qəzalı vəziyyətə düşən ağaclar qeydiyyata alınıb, təhlükənin aradan qaldırılması üçün işlər görülür.

Telegram kanalımız