Bakıda 8 dostdan 4-ü futbol oynadıqdan sonra öldü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 8 dostdan 4-ü futbol oynadıqdan sonra öldü

Kriminal

29 İyul 2019 08:47 14423


Dünən Xəzər dənizinin Bakı Şəhər Sabunçu rayonu Kürdəxanı qəsəbəsi sahilində 4 nəfər boğularaq ölüb.

“Yeni Sabah” Publika.az-a istinadən xəbər verir ki, sahildə futbol oynayan 8 gənc daha sonra çimmək üçün dənizə giriblər. 

Bu zaman dənizdə baş verən burulğan gəncləri sahildən uzaqlaşdırmağa başlayıb. 8 gəncdən 4-ü xilas edilsə də 1992-ci il təvəllüdlü Əli Cavadov, 1991-ci il təvəllüdlü Murad Əzizov, 1991-ci il təvəllüdlü Kamran Hacıquliyev və Bəlopba Babayev dənizdə boğularaq ölüb.  pizza mizza

Onlardan Kamran və Muradın meyiti artıq tapılaraq ailəsinə təhvil verilib. Digər iki şəxsin axtarışı isə davam etdirilir.

Dəhşətli hadisədə ölənlər dost olublar və hamısı Kürdəxanı sakinləridir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!