Bakıda ağac maşınların üstünə aşdı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ağac maşınların üstünə aşdı - Foto

Kriminal

18 Mart 2019 14:46 973


Bakıda əsən güclü külək nəticəsində ağac iki avtomobilin üzərinə aşıb.

Bunu “Yeni Sabah”a Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib. Onun sözlərinə görə, hadisə Bakının Nərimanov rayonu, Təbriz küçəsi 105 ünvanında baş verib. Ağac "Prado" və "BMW" markalı avomobillərin üzərinə aşaraq onların damını zədələyib. Hazırda şöbənin əməkdaşları hadisə yerindədirlər.

O.Məmmədov aşan ağacın sağlam küknar olduğunu və onun kökündən çıxdığını da söyləyib. Xatırladaq ki, hazırda Bakı və Abşeron yarımadasında güclü külək əsir. pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!