Ölkə rəhbərliyinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq paytaxt Bakıda ekoloji durumun yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağac əkilməsinin təşviqi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə paytaxtın rayonlarında ağacəkmə və təmizlik-abadlıq aksiyası keçirilib.
"Yeni Sabah" xəbər verir ki, bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti əməkdaşlarının, rayonların təsərrüfat xidmətləri işçilərinin, idarə, təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən aksiyalarda paytaxt rayonlarının ərazisində minlərlə müxtəlif cinsli ağac tingi əkilib.
Qeyd edək ki, ağac tingləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azəryaşlandşaft ASC-nin və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib. Dördpendirli pizza
Təşkilatçılar ağacəkmə aksiyalarını dəstəkləyən və qoşulan bütün tərəflərə təşəkkür edir.
Telegram kanalımız