Bakıda ağacəkmə aksiyası keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ağacəkmə aksiyası keçirilib

Sosial

01 Aprel 2019 14:43 920


Bakı Şəhər İcra Hakimiyyətinin elan etdiyi “Təmizlik ayı” çərçivəsində  Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və yerli İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxtın rayonlarında ağacəkmə və ərazilərin təmizlik-abadlığı ilə bağlı aksiya keçirilib.

“Yeni Sabah” xəbər verir ki, BŞİH və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşları, həmçinin Nərimanov, Yasamal, Xətai və Qaradağ rayonlarının təsərrüfat xidmətləri işçiləri, idarə, təşkilat, ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən aksiyada paytaxt rayonlarının ərazisində minlərlə müxtəlif cinsli ağac tingi əkilib.  

Ərazilərdə əkilən ağaclara daimi qulluq göstərilməsi üçün suvarılma məsələləri həll olunub. Həmçinin il boyu bu ağaclara qulluq məsələləri yerli icra qurumları tərəfindən nəzarətə alınıb. pizza

Eyni zamanda paytaxt rayonlarının qəsəbə və yayayış məntəqələri ərazisində yol kənarları, aşıq sahələrdə yığılan zibillər, kortəbii zibilliklərin böyük bir hissəsi təmizlənərək daşınıb.

Qeyd edək ki, ağac tingləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik sahələrində yetişdirilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!