Bakıda ağır qəza: 2 ölü, 14 yaralı -   Siyahı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ağır qəza: 2 ölü, 14 yaralı - Siyahı

Kriminal

06 Avqust 2019 06:05 2563


Ötən gecə Suraxanıda ağır yol qəzası baş verib. “Yeni Sabah” xəbər verir ki, hadisə Hövsan-Türkan yolunda qeydə alınıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 14 nəfər xəsarət alıb. Hadisə yerinə 4 təcili yardım briqadası cəlb olunub.

Oxu.Az xəbər verir ki, Hövsan-Türkan yolunda “Mercedes” və “Nissan” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 9-u uşaq olmaqla, ümumilikdə 14 nəfər yaralanıb.

Yaralılardan bir nəfər hadisə yerində, bir nəfər uşaq isə xəstəxanada dünyasını dəyişib. pizza mizza

İki avtomobilin toqquşması nəticəsində yaralananların adları:

1983-cü il təvəllüdlü Həşimov Natiq Bilal oğlu

1987-ci il təvəllüdlü Fərziyeva Rahidə Eldar qızı

1989-cu il təvəllüdlü Əsgərzadə Nübar Nurəddin qızı

1989-cu il təvəllüdlü Xudaverdiyeva Kifayət Aydın qızı

3 yaşlı Xudaverdiyev Kənan Əjdər oğlu

5 yaşlı Xudaverdiyeva Leyla Əjdər qızı

2 yaşlı Fərzizadə Rüqəyya Etibar qızı

12 yaşlı Fərzizadə Xeyrulla Etibar oğlu

8 yaşlı Fərzizadə Hüseyn Etibar oğlu

3 yaşlı Əsgərzadə Taleh Mayıl oğlu

7 yaşlı Əsgərzadə Nuray Mayıl qızı

14 yaşlı İsrafilov Xəyal

13 yaşlı Musayev Əli Laçın oğlu.

1979-cu il təvəllüdlü Xudaverdiyev Əjdər Firuz oğlu aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

13 yaşlı Musayev Əli Laçın oğlu isə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!