Bakıda ağır qəza, ölən var

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ağır qəza, ölən var

Kriminal

05 Oktyabr 2019 05:21 1413


Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Yeni Sabah” Oxu.Az-a istinadən xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul Məmmədov Pünhan Valeh oğlu idarə etdiyi “Tofaş” markalı avtomobil Heydər Əliyev prospektində yüksək sürətli hərəkətdə yolda olarkən dayanmanın qadağan olunduğu hissədə anidən dayanıb.

Bu zaman avtomobildə olan Elçin adlı şəxs avtomobildən düşərək yolu keçmək istəyib. Marqarita pizza

Nəticədə arxadan yüksək sürətlə gələn və Rəhimov Rəcəb Musa oğlunun idarə etdiyi “Mercedes Vito” markalı nəqliyyat vasitəsi onu vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Əraziyə Nizami Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!