Bakıda evdən qaçan uşaq valideynlərinə təhvil verilib.
“Yeni Sabah”ın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib.
“Səid balamız atasına təhvil verildi pizza hut
Əməyi olan hər kəsə, xüsusilə YPX əməkdaşlarına təşəkkür edirik. Onlar uşağı yolda qoymadılar, “evə get” demədilər. Çünki Səid evin yolunu da bilmirmiş…
Əgər bir hadisə baş versəydi, valideynlərə nə cavab verəcəkdik?!”, - DİN rəsmisi sosial şəbəkə hesabında yazıb.
***
14:35
Bakıda anasından küsən uşaq evdən qaçıb.
“Yeni Sabah”ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib ki, hazırda həmin uşağın valideynləri axtarılır.
“YPX əməkdaşları kənar dairəvi yolda, hərəkətin intensiv olduğu istiqamətdə yolu təhlükəli yerdən keçən Fərid adlı azyaşlı uşaq aşkarlayıblar.
Uşağı tanıyan şəxslərdən xahiş olunur ki, onun ailə üzvlərinin tapılmasına köməklik göstərsinlər.
Hazırda uşaq ekoloji nəzarət postundadır, onunla polis əməkdaşları məşğul olur”, - o qeyd edib.
Azyaşlı oğlan uşağının atasının adı Təbriz, anasının adı Gülüdür. O, Bakının 21 saylı tam orta məktəbinin ikinci sinifində təhsil alır.
Telegram kanalımız