Bakıda ani diqqətsizlik DƏHŞƏTLİ FACİƏYƏ səbəb oldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ani diqqətsizlik DƏHŞƏTLİ FACİƏYƏ səbəb oldu

Hadisə

18 İyul 2025 17:21 467


Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

NİİM-dən Yenisabah.az-a verilən məlumata görə, yollarda təmir-tikinti və təmizlik işləri aparılarkən bəzi sürücülərin diqqətsizlik etməsi səbəbindən yol-nəqliyyat hadisələri baş verir:

"Ötən gün axşam saatlarında Xəzər rayonu, Aeroport şosesində, aidiyyəti dövlət qurumunun əməkdaşları tərəfindən yolun təmizlənməsi işləri görülüb. Təhlükəsizliyi təmin etmək məqsədilə Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablosunda iş gedən zolağa "X" işarəsi qeyd edilməklə yanaşı, işi aparan qurumun xəbərdarlıq nişan lövhəsi qoyulmuş avtomobili təmizlik işi görən nəqliyyat vasitəsini müşayiət edib. Ancaq təəssüflər olsun ki, hərəkətdə olan minik avtomobillərindən biri diqqətsizlik edərək qeyd edilən nəqliyyat vasitəsinə çırpılıb. Qəza səbəbindən bir neçə dəqiqə mərkəz istiqamətində sıxlıq da yaranıb. Bu cür qəzaların olmaması üçün sürücülər yollarda diqqətli olmalı, təmir-tikinti, təmizlik, suvarılma işləri aparılarkən təhlükəsizlik, müvafiq istiqamətləndirici yol nişanların tələblərinə riayət etməlidirlər". Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!