Bakıda arvad ərini güllələyərək öldürdü -   Görün meyit haradan tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda arvad ərini güllələyərək öldürdü - Görün meyit haradan tapıldı

Hadisə

22 Oktyabr 2025 15:41 600


Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü Əliyev Samir Arif oğlunun itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri tərəfindən polisə müraciət edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Yeni Sabah"a bildirilib ki, polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində S.Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı İbrahimova Elmira Vidadi qızı tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meyitin yaşadığı evin həyətində basdırıldığı müəyyən edilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən E.İbrahimova tutularaq istintaqa təhvil verilib. Toyuqlu pizza

Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!