Bakıda arvadını döyən polis işdən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda arvadını döyən polis işdən çıxarıldı

Hadisə

06 Aprel 2022 09:27 567


Bakıda keçmiş polis əməkdaşı arvadını restoranın qarşısında döyüb.

“Yeni Sabah”ın əldə etdiyi məlumat görə, bu barədə Nizami Rayon Məhkəməsində keçirilən məhkəmə istintaqında elan olunub.

İttiham aktına əsasən, hadisə 2021-ci il oktyabrın 30-da Nizami rayon ərazisində yerləşən restoranların birində qeydə alınıb. Dominos pizza

Belə ki, polis serjantı olmuş V.M (ad, soy adı şərti) restoranın qarşısında həyat yoldaşı L.M (ad, soy adı şərti) ilə əvvəl şəxsi münasibətlər zəminində mübahisə edib. Daha sonra o, qəsdən əlinin içi ilə qadının baş və sifət nahiyələrinə zərbələr vurub. Nəticədə L.M-in burunu sınıb.

Hadisədən sonra qadının şikayəti əsasında V.M saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin hökmü ilə V.M 9 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməyib.

Qeyd edək ki, polis nəfəri olmuş V.M hadisədən sonra işdən azad olunub.\Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!