Xətai rayonu ərazisində silahlı şəxs tutulub.
“Yeni Sabah” Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xətai rayonunun ərazisində Şirvan şəhər sakini N.Babayevə məxsus çantaya baxış zamanı 1 ədəd “AKM” markalı silah, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb.
Saxlanılan şəxsin ətrafında əlavə araşdırmalar aparılır. pizza mizza
Telegram kanalımız