Paytaxtda avtomobil piyadanı vurub öldürdü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtda avtomobil piyadanı vurub öldürdü - Fotolar

Hadisə

30 Aprel 2020 00:49 833


Bakının Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, 1999-cu il təvəllüdlü Əliyev Azad Azər oğlu Koroğlu Rəhimov küçəsi ilə idarə etdiyi "VAZ 2103" markalı minik avtomobillə hərəkətdə olan zaman piyada zolağından keçən 1959-cu il təvəllüdlü Fəridə Ələkbərovanı vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Pepperoni pizza

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib.

Nərimanov rayon 18-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən sürücünü saxlayıb.

Faktla bağlı araşdırma aparılır.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!