Martın 29-da Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin daha da yüksək səviyyədə təmin edilməsi məqsədi ilə profilaktik və maarifləndimə tədbiri keçirilib.
“Yeni Sabah” xəbər verir ki, şöbə əməkdaşları tərəfindən kobud qayda pozuntusuna yol verən, avtomobili sərxoş vəziyyətdə idarə edən, piyada keçidindən istifadə etməyən, avtoxuliqanlıq hərəkətlərinə yol verən sürücülər müəyyən edilib.
Tədbir zamanı Binəqədi rayonu ərazisində avtoxuliqanlıq edən “Opel” markalı avtomobilin sürücüsü paytaxt sakini Anar Xəlilov əvvəlcə yol polislərinə tabe olmayaraq nəqliyyat vasitəsini idarə etməyə başlayıb. Sürücünün polislərdən qaçma anı yol patrul xidməti avtomobilinin kamerası vasitəsilə lentə alınıb. Daha sonra sürücü Binəqədi qəsəbəsində ara küşələrdə yol polisləri tərəfindən süni tıxac yaradılaraq saxlanılıb. Bu sürücü barəsində toplanan materiallar qərar verilməsi üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə avtoxuliqanlıq edən sürücü 20 sutka inzibati qaydada həbs edilib və o, 1 il müddətinə sürücülük hüququndan məhrum edilib. Sezar pizza
Binəqədi rayonu ərazisində keçirilən tədbir zamanı 100-dən artıq yol hərəkəti qaydalarını pozan sürücü inzibatı məsuliyyətə cəlb edilib. Aşkar edilən qayda pozuntularından 42-si yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər tərəfindən törədilib. Tərtib edilən protokollardan 4-ü nəqliyyat vasitəsini sərxoş halda idarə edən, 1-i isə avtoxuliqanlıq edən sürücülərə tərtib edilib.
Telegram kanalımız