Bakıda ayağını pəncərədən çıxaran sürücü həbs edildi - Video

Bakıda ayağını pəncərədən çıxaran sürücü həbs edildi - Video

Hadisə Veb saytların hazırlanması

06 İyul 2022 18:59 1575


Bakı şəhərində sürücü ayağını çölə çıxararaq avtomobil idarə edib. 

Yenisabah.az xəbər verir ki, “Toyota Prius” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Murad Əşrəfov nəqliyyat vasitəsini idarə edən zaman ayağını çölə çıxarıb, cəmiyyətə açıq hörmətsizlik edərək ətrafdakı sürücülər üçün təhlükəli vəziyyət yaradıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirilib ki, həmin şəxs barəsində toplanmış material Yasamal Rayon Məhkəməsinə təqdim edilib.

“İctimai qaydanı pozan şəxs artıq saxlanılıb və barəsində Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, 10 sutka inzibati həbs seçilib.

Bir daha sürücülərdən və ümumən bütün hərəkət iştirakçılarından yol hərəkəti qaydalarına hörmətlə yanaşmağı və təhlükəsizlik qaydalarına qanun çərçivəsində münasibət göstərməyi xahiş edirik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!