Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək

İdman

22 May 2019 14:01 1088


Bakıda badminton üzrə “Azerbaijan International” beynəlxalq turniri keçiriləcək.

“Yeni Sabah”” xəbər verir ki, 6 – 9 iyunda baş tutacaq yarışda 39 ölkədən 220-ə yaxın idmançı mübarizə aparacaq. Mükafat fondu 25 min ABŞ dolları təşkil edən yarış Bakı İdman Sarayında olacaq.

Beynəlxalq Badminton Federasiyasınıın təqvim planına daxil olan, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına reytinq xalları qazandıracaq “Azerbaijan International” turnirində 5 kateqoriya üzrə qalib və mükafatçılar müəyyənləşəcək. pizza

Bakıdakı yarışı həmçinin 21 - 30 iyunda Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunları öncəsi badmintonçular üçün sonuncu ciddi sınaqdır.

Qeyd edək ki, Azərbaycanı turnirdə 20 badmintonçu təmsil edəcək. Görüşləri isə Avropa və Asiyadan olan 16 hakim idarə edəcək. Əsas referilər arasında yerli hakimləri – Fidan və Gülcənnət Hüseynli bacıları da var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!